“Fitch” Beynəlxalq Bankın reytinqini məhdud defolt səviyyəsinədək endirib

24 May 2017 21:10 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.