Papadan qəribə sual - “Melaniya, ərinə nə yedizdirirsən?” (Video)

24 May 2017 22:12 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa Donald Trampın qida rasionu barədə sual verib:

“Ona nə yedizdirirsiz? Potisey? (Sloven qoz ruleti) ” - deyə Papa Melaniyaya sual verib.

Birinci ledi əvvəlcə sualı tam anlamayıb. Sloveniyanın ənənəvi yeməyi yerinə Papanın pizza soruşduğunu zənn edib.

Daha sonra "Potisa? Ah, bəli", — deyə Melaniya Tramp gülümsəyib.

Qeyd edək ki, Donald Trampın sevimli yeməyi yaxşıca qızardılmış steykdir.