Azərbaycan neftinin qiyməti dəyişdi

24 May 2017 23:25 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 23-də 51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 23-də 53,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.