Bu yolda avtomobillər öz-özünə gedir - Video

24 May 2017 23:48 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Mühərrikləri sönülü olsa da avtomobil təpəyə doğru hərkət edir. Qeyri- adi hadisə Cəlilabad -Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində yaşanır. Yolun təxminən 1 kilometrlik hissəsində avtomobillərin mühərriki sönülü ,sürətlər qutusunun isə neytral vəziyyətdə olduğu halda maşın qəfildən şərq istiqamətinə doğru hərəkət etməyə başlayır.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getikcə hətta artaraq 60 kilometr saat-a çatır.Maraqldır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə çətinliklə üzləşrilər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır.

Yerli sakinlərin sözlərinə görə mobil cihazlarda şəbəkə maksimum göstərsə də əksər vaxtlarda ərazidə telefonla danışmaq da mükün olmur.

Ehtimal olunur ki, yolun bu hissəsində maqinit sahəsi mövcuddur.Kənd sakinləri ərazinin belə olduğunu bildirkləri üçün sükan arxasında olarkən burada daha da ehtiyyatlı olmağa çalışırlar.