85 yaşlı qadını maşın vurdu - Binədə

25 May 2017 09:11 (UTC+04:00)

"Report"un xəbərinə görə, Binə qəsəbəsində yolu keçmək istəyən 1932-ci il təvəllüdlü İsmayılova Tamam Həmzə qızını avtomobil vurub.

Hadisəni törədən sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az