Bakıda makleri avtomobil vurdu

25 May 2017 09:21 (UTC+04:00)

"Report"un xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.

AzNews.az