Səhiyyə Nazirliyi Federasiyanın ittihamına cavab verdi: “13 dəqiqə sonra Təcili Yardım Xidməti hadisə yerində olub”

25 May 2017 14:48 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Yusif Məmmədovun səhhətinin pisləşməsi ilə bağlı Təcili Yardım Xidmətinə sorğu göndərilib. Sorğuya cavab olaraq Səhiyyə Nazirliyi bəyan edib:

Həmin müraciətdən 13 dəqiqə sonra Təcili Yardım Xidməti hadisə yerində olub. Gün ərzində yüzlərlə belə sorğular daxil olur. Təcili Yardım Xidməti həmişə çalışır ki, hadisə yerinə tez getsin.

Azərbaycan Milli Karate Federasiyası vitse-prezident Yusif Məmmədovun ölümündə Təcili Yardım Stansiyasını ittiham edib. Federasiya iddia edir ki, əgər Təcili Yardım vaxtında gəlsəydi, Yusif müəllim dünyasını dəyişməzdi.

Bahar RÜSTƏMLİ

AzNews.az