Neft hasilatının məhdudlaşdırılmasının müddəti uzadıldı- OPEC qərar verdi

25 May 2017 14:57 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma vaxtının uzadılmasına səbəb neft qiymətlərinin bərpa olunması ilə bağlıdır.

Kartel üzvləri daha sonra “OPEC”-ə üzv olmayan ölkələrlə razılaşma vaxtının uzadılmasına dair müzakirə aparacaqlar.

Bir müddət əvvəl İranın neft naziri Bijan Namdar Zanqane bildirmişdi ki, kartelin neft qiymətlərini bir barrelə görə 55-60 dollar həcmində saxlaması daha münasibdir.

Bəxtiyar Abbasov

AzNews.az