Bakıdakı parkda müəmma - Yelləncəklər gecə saatlarında qırılır + Foto

25 May 2017 16:28 (UTC+04:00)

Parkın adının çəkilməsini istəməyən əməkdaşı "Report"a bildirib ki, yelləncəklər gecə saatlarında qırılır: "Sərxoş adamlar parka zərər vurur".

Gecə saatlarında nəzarətin olub-olmaması məsələsi ilə bağlı sualımızı cavablandıran park işçisi parkda gecə də nəzarətçi olduğunu bildirib. Lakin o, parka nəzarət ola-ola necə ziyan vurulmasına aydınlıq gətirə bilməyib.

Maraqlıdır ki, parkda uşaqların sürüşməsi üçün nəzərdə tutulan atraksion digər parklardan fərqli olaraq taxtadandır. Bu isə balacaların sürüşməsinə imkan vermir.

Qeyd edək ki, park 2016-cı ilin oktyabr ayında istifadəyə verilib. 3,2 hektar ərazini əhatə edən park 7 aydır paytaxt əhalisinin istifadəsinə açıqdır.

AzNews.az