“Nar”-ın dəstək olduğu ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

25 May 2017 17:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 11-ci olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası isə 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, eləcə də “Nar” operatoru ilə “BestComp Group” şirkətinin təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Müxtəlif sahələri əhatə edən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri də məhz gənc kadrların yetişdirilməsi və təhsil sahəsidir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.