Bakıda kompüter oğruları kameraya düşdü - Video

25 May 2017 21:38 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə günorta paytaxtın Nərimanov rayonu Fətəli Xan Xoyski prospektində metrosnun Gənclik stansiyasının yaxınlığında yerləşən turizm şirkətinin ofisində baş verib. Zərərçəkmişlər hadisədən təxminən 2-3 saat sonra xəbər tutublar.

Aynur Kərimlinin sözlərinə görə, onlara təxminən min manata yaxın ziyan dəyib. Ancaq əsas olan yenə kompyuter yox, yaddaşındakı məlumat və proqramlardır.

Hadisə ilə bağlı 16-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn polis təhlükəsizlik kameralarına düşən görüntülər əsasında həmin şəxslərin axtarışlarına başlayıblar. Faktla bağlı isə cinayət işi başlanıb.