Aygün Səmədzadə həmkarını qarğıdı: “Ürəyi paxıllıqdan quruyub, dili də qurusa, tamam susar”

26 May 2017 10:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bəstəkarlardan biri Aygün Səmədzadəninin yaradıcılıq planlarına maneəçilik törədib. Bundan xəbər tutan Aygün Səmədzadə adını çəkmədiyi həmkarına sonuncu dəfə xəbərdarlıq edib:

“Bu gün bir mötəbər mənbədən eşitdim ki, adı var, dadı yox musiqilər yazan “bəstəkar”lardan biri məndən danışır. Hansısa layihədə adımın pozulması ücün əlləşir. Həmin şəxs orta yaşlı nəslin nümayəndəsidir, kişi cinsindəndir. 3 yaddaqalan mahnısından 2-nin mənşəyi şübhə altındadır. Partitura sözünü bilir. Hazırda heç nə yazmır. Ürəyi paxıllıqdan quruyub, dili də qurusa, tamam susar.”

Aygün Səmədzadə qeyd edib ki, həmin bəstəkarın yaradıcılıq irsini arşadıracaq: “Dəli şeytan deyir ki, tənqidçi kimi bunun yaradıcılıq irsini qurdala, özləri də bilsin ki, indiyədək nə yazıblar.”

Bahar RÜSTƏMLİ

AzNews.az