Ermənistanın gömrük rəisi həbs edildi

26 May 2017 11:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs rüşvət almaqda ittiham olunur.

Ermənistanın Mütəşəkkil Cinayətlərlə Mübarizə Baş İdarəsi gömrük rəhbərinə qarşı “rüşvət alma və rüşvət vermə”, “Rüşvət alış-verişinə vasitəçi olma” və “Ticarət rüşvəti alma” maddələri ilə iş açılıb.

Baş prokurorluq istintaq işini Ermənistanın xüsusi istintaq xidmətinə həvalə edib.

Bəxtiyar Abbasov

AzNews.az