17 il sonra 6 əkizi oldu - FOTO

26 May 2017 12:54 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Riçmond şəhərində Nigeriya əsilli Acibola və Adeboye övlad sahibi olmaq üçün 17 il gözləyiblər.

Qadının doğuş əməliyyatına 40 nəfərlik həkim heyəti cəlb olunub. Ana əkizləri qeysəriyyə üsulu ilə dünyaya gətirib. Əkizlərdən 3-ü oğlan, 3-ü qızdır. Onların çəkisi 480 qram 1 kiloqram arasında dəyişir.

Ata Adeboye xəstəxanada onlara göstərilən xidmətdən çox məmnun olduğunu deyib. “Biz evimizdən çox uzaqdayıq. Lakin tibbi heyət bizim ailəmiz kimidir” – deyə Adeboye qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az