Rusiyadan islamçıların deportasiyası başladı

9 Fevral 2013 09:31 (UTC+04:00)


Sankt-Peterburq bazarında radikal islamçılara qarşı keçirilən reyd zamanı saxlanılan 271 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanların sayı 271 nəfər olub:

"Onların arasında Azərbaycan, Tacikistan, Şimalı Qafqaz, Misir və Əfqanıstan vətəndaşları var. 10 nəfərinin saxta sənədləri olub, 20 nəfərinin sənədi ümumiyyətlə, toxdur. Saxlanılanları ölkədən deportasiya gözləyir".

Məlumat üçün bildirək ki, bazarda reyd dünən keçirilib və radikal islamçı qruplaşmanın üzvləri hesab edilən yüzlərlə şəxs saxlanılıb. Onların "Peterburq camaatı" adlı radikal qruplaşma yaratdıqları bildirilir.

Elnarə Əlosmanqızı
AzNews.az