Əfqanıstanda avtomobil partladıldı – 18 nəfər öldü

27 May 2017 13:41 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilə partlayıcı maddə yerləşdiriblər.

Terror aktına görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Müşahidəçilər Əfqanıstanda son günlərdə “Taliban” qruplaşmasının daha da fəallaşdığını, hücumlarının sayını artırdıqlarını məruzə ediblər.

Bəxtiyar Abbasov

AzNews.az