Milli Məclisin növbəti iclasının gündəliyində dəyişiklik

27 May 2017 14:59 (UTC+04:00)

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Qurum rəsmisi bildirib ki, iclasda 41 yox, 38 məsələyə baxılacaq.

“Bu da onunla əlaqədardır ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Dövlət qulluğu haqqında” və “Diplomatik xidmət haqqında” qanunlara dəyişikliklər bir paketə daxil edilib”.

Qeyd edək ki, bundan əvvəl parlamentin mayın 31-də keçiriləcək iclasının gündəliyinə 41 məsələnin daxil edildiyi bildirilmişdi.

AzNews.az