İlham Əliyev xanım həmkarını təbrik etdi

27 May 2017 15:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.