Azərbaycan əleyhinə təbliğat aparan TV-nin yayımı dayandırıldı

9 Fevral 2013 09:49 (UTC+04:00)





İranın Azərbaycan əleyhinə təbliğatda geniş istifadə etdiyi
Press TV kanalı da daxil olmaqla ümumilikdə iki kanalın yayımı dayandırılıb. Bu barədə qərarı "Galaxy 19" peyk xidmətləri şirkəti qəbul edib. Yayımı dayandırılan digər kanal isə İFilm telekanalı olub. Adıçəkilən şirkət Press TV və İFilm telekanallarının ABŞ və Kanadada yayımını təmin edirdi.

İran mətbuatının məlumatına görə, bu, yayımı dayandırılan ilk telekanal deyil. Bundan əvvəl də İspaniya hökumətinin göstərişi ilə İrana məxsus Hispan TV-nın yayımı dayandırılmışdı.

Fransanın "Eutelsat" şirkəti isə İranın bir neçə peyk telekanalı, o cümlədən Səhər telekanalı və radiosunun yayımını dayandırıb. Yayımın dayandırılması kanallarda Avropa Birliyinin qanunlarından kənar təhlillər verilməsi ilə izah edilib.

Alpər
AzNews.az