Qayınatasını öldürən şəxsə hökm oxundu

27 May 2017 16:51 (UTC+04:00)

"Report"un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyev çıxış edib. O deyib ki, müvəkkili hadisədən sonra polisə könüllü təslim olub.

Daha sonra məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə T.Rüstəmov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı il avqustun 22-də İsmayıllı rayonunda baş verib. Rayon sakini, 1987-ci il təvəllüdlü Tural Rüstəmov münaqişə zəmnində qayınatası Roman Kərəmovu öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

AzNews.az