Planşet almaq istəyənlərin nəzərinə - Ucuzlaşdı

27 May 2017 18:00 (UTC+04:00)

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Noutbuklara gəlincə, yanvarda 1,6%, fevralda və martda 0,7%, apreldə 0,2% qiymət artımı müşahidə olunub. İlk üç ayda bahalaşan planşetlər isə apreldə ucuzlaşmağa başlayıb. Belə ki, yanvarda 1,7%, fevralda 0,2%, martda 0,4% bahalaşan planşetlər apreldə 0,7% ucuzlaşıb.

Rəsmi statistikaya əsasən, apreldə 1 fərdi komputerin orta aylıq qiyməti 719,57 manat, noutbuk - 726,52 manat, planşet - 381,99 manat təşkil edib.

AzNews.az