Ən məşhur siyasətçi- Hilari Klinton
9 Fevral 2013 10:10 (UTC+04:00)
AzNews.az-ın rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kvinnipek Universitetinin 1 aylıq apardığı sorğunun nəticələri bəlli olub. Nəticələrə əsasən, Hilari Klinton birincilik qazanıb. O xalqın rəğbəti və populyarlığına görə, hətta prezident Barak Obamanı da qabaqlayıb.
4 minə yaxın amerikalıdan aparılan sorğunun nəticəsinə görə, insanların 61%-nin Hilari Klintona rəğbəti var.
Məlumat üçün deyək ki, Hİlari Klinton 31 yanvar 2013-cü ildə ərizəsini yazaraq dövlət katibi vəzifəsindən öz istəyi ilə uzaqlaşıb.
AzNews.az