Azərbaycanlı “Zaporojets“ motoru ilə vertolyot düzəltdi

9 Fevral 2013 10:29 (UTC+04:00)
Qusar rayon sakini vertolyot düzəldib. Xəzərxəbər.com-un məlumatına görə, Qusarın Samur qəsəbəsində yaşayan Mirzəxan İmamquluyev qeyri-adi bacarığı ilə düz 5 ildir ki, ərsəyə gətirmək istədiyi vertolyotu düzəltmək istəyir. Sonunda Mirzəxan İmamquluyev bu işin öhdəsindən gəlib.

4-5 ildir ki, vertolyotuna maya buraxan Mirzəxan kişi bunu uçura bilmir ki, bilmir. Qazandığı pulları ancaq dolanışıq üçün güclə çatdıra bilən bu ağsaqqal vertolyotu üçün qonşu Rusiyadan mühərrik gətirməyi planlaşdırır. Əvvəl həmin vertolyota "Zaporojets" mühərrikini quraşdırıb, görüb ki, vertolyot azacıq göyə qalxa bilir, ancaq "Zaporojets" mühərrikinə etibar olmadığı üçün qorxduğunu deyir.

Facebook sosial şəbəkəsində vertolyotun fotoları yerləşdirilib.

AzNews.az