Qubada çayxana yandı

28 May 2017 12:45 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan çayxananın içərisində 1 ədəd divan yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.