Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda

28 May 2017 15:23 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov idman direktoru təyin edilsə də, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək.

Belə ki, “Adanaspor”un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə, bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.

İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub. Mütəxəssis artıq 1 həftədir Adanadadır və komandanın məşqlərini izləyir.