Goranboyda dolu meyvəçiliyə ciddi ziyan vurub - Video

28 May 2017 16:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonda yağan güclü yağış sonradan doluya çevrilib.

Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Onların sözlərinə görə, yağıntı əsasən kəndlərin meyvə-tərvəz əkilən sahələrinə ziyan vurub.

Hazırda yığımı aparılan gilas, alça, ərik və digər meyvələr dolu nəticəsində zay olub.