“Əkrəm Əylisli Ziyalılar Forumuna qoşulmasaydı...”

9 Fevral 2013 10:40 (UTC+04:00)


Şeyx Əbdül Mahmudbəyov da Əkrəm Əylislinin "Daş yuxular"ına münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, Ə.Əylislinin bu addımından təəccüblənməyib:

"Əkrəmin mövqeyi həmişə belə olub. Bunlar həmişə Əkrəmi tərbiyə eləməyə çalışıblar. Amma nəticə göz qabağındadır. Əkrəm həmişə anti-milli mövqedən çıxış edən adamdır. Avara bir təşkilat var, Ziyalılar Forumu. Gedib oturub orda ağzına gələni danışır. Mən inanıram ki, Əkrəm Əylisli gedib o təşkilata qoşulmasaydı, bu, olmayacaqdı. Yəni, Əkrəm Əylisli Azərbaycana qara yaxa-yaxa gedəcəydi. Onun işi-gücü Azərbaycan xalqını pis gözdə görməkdir. Onun qələmi həmişə Azərbaycan xalqının pis tərəflərini görmək və yazmaq olub. O, bu gün də öz mövqeyindən çıxış edir".


Bahar Rüstəmli
AzNews.az