28 May - Respublika Günü Tbilisidə qeyd olunub

28 May 2017 16:57 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində deyib: “Müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. 28 May tarixinin də bayram günü kimi qeyd olunması Ulu Öndərimizin adı ilə bağlıdır. Ona görə də dünyanın bir çox ölkəsində Heydər Əliyevin xatirəsi də ehtiramla anılır. Biz də bu gü, Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etməklə həm Ulu Öndərimizə ehtiramımızı bildirdik, həm də milli bayramımızı qeyd etdik”.