Kürdəmirdə maşın yandı

28 May 2017 17:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu- Kürdəmir-İmişli yolunun 57-ci kilometrliyində Kürdəmir rayon ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini 1965-ci il təvəllüdlü İnqilab Məhərrəm oğlu Həsənovun idarə etdiyi “QAZ-31” markalı minik maşını hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.