Müştərilər Devid Kemerona əsəbləşdi - “Mağazada növbəni pozdu” (Video)

28 May 2017 19:06 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin növbəni pozaraq corab alması mağazadakı müştərilərdən birinin narazılığına səbəb olub.

Sabiq-baş nazir əvvəlcə düzgün ölçüdə corab seçmədiyinə görə 2 dəfə kassaya yaxınlaşmalı olub. Şahidlərin sözlərinə görə, o, çox dalğın görsənirdi. Müştərilərdən biri “Mən başa düşmürəm, ona niyə xüsusi xidmət göstərirsiz? Axı o, artıq keçmiş baş nazirdir. O, da bizim kimi növbədə dayanmalıdır.” deyə narazılığını göstərib.

Qeyd edək ki, Devid Kemeron Britaniyada baş verən Brexitdən sonra vəzifəsindən istefa verib.