Monako Qran-Prisinin qalibi məlum oldu - Foto

28 May 2017 19:27 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışda ən yaxşı nəticəni Ferrari pilotları göstəriblər.

Qran-Pridə finişə hamıdan tez çatan Sebastyan Fetteldir. Yarışın ikincisi Kimi Raykkonen (Ferrari), üçüncüsü Red Bull pilotu Daniel Rikkardo olub.

Qeyd edək ki, bu Sebastyan Fettelin mövsüm ərzində 3-cü, karyerasından isə 45-ci qələbəsidir.