AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Əsasən, Kalutara rayonunda daşqınlar genişmiqyaslı dağıntılar törədib. Rayonun 5 bölgəsində torpaq sürüşmələri qeydə alınıb. Yüzlərlə ev daşqın suları altında qalıb.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə yüzlərlə xilasedici cəlb edilib.
Bəxtiyar Abbasov
AzNews.az