Banqladeşdə “Mora” qasırğası tüğyan edir – 1 milyondan çox insan təxliyyə edilir

30 May 2017 09:38 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Koks-Bazar və Çittaqonq şəhərlərinin sakinləri qasırğadan əziyyət çəkirlər.

Banqladeşin Meterologiya Departamentindən verilən məlumata görə, qasırğanın sürəti saatda 117 kilometrə çatıb.

Qasırğanın Hindistan və Myanma da dağıntılar törədəcəyi proqnozlaşdırılır.

Bəxtiyar Abbasov

AzNews.az