Rusiya Mərkəzi Bankını yardılar – 11 milyon rubl oğurlandı

30 May 2017 12:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs bankdan 11.4 milyon rubl, təxminən, 200 min dollar oğurlayıb. Oğurluq Leninskiy prospektində yerləşən binada baş verib.

Hüquq-mühafizə orqanları hadisənin ötən gün baş verdiyini bildirib. Polis hazırda oğrunu axtarır.

Bəxtiyar Abbasov

AzNews.az