“Uçot dərəcəsinə təkrar baxılacaq” - Baş Bankir

30 May 2017 14:36 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, may ayında keçirilmiş monitorinq göstərib ki, inflyasiya azalmaqda davam edir:

“Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin İdarə Heyətinin iclasında bu məsələnin müzakirə olunması gözlənilir”.

AMB rəhbəri həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb:

“Biz inflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”.

AzNews.az