“Victoria's Secret”in “mələyi” ərə getdi - Foto

30 May 2017 17:31 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük artıq 3 ildir ki, bir-birini tanıyır. Ötən ilin iyul ayında aktrisa Şpigellə nişanlandığını açıqlamışdı. Toy mərasiminə cütlüyün yaxın qohumları və dostları ilə yanaşı, Hollivud ulduzları da axın ediblər.

Miranda Kerr daha əvvəl amerikalı aktyor Orlando Blum ilə evli olub və ondan 6 yaşlı oğlu var. Lakin Kerr 2013-cü ildə Blumdan ayrılmışdı.

Miranda Kerr və Evan Şpigel Hollivudun ən zəngin cütlüklərindən hesab olunurlar. Sosial şəbəkə maqnatı Evan Şpigelin sərvəti 1.64 milyard dollar, Miranda Kerrin sərvəti isə 4.3 milyard dollar təşkil edir.

AzNews.az