Güclü qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb? - Rəsmi açıqlama

30 May 2017 19:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib ki, baş verən qasırğa "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarına mane olmayıb. Hazırda Bakı-Moskva və Moskva-Bakı marşrutu üzrə qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Qeyd edək ki, ötən gün Moskvada baş verən güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Rusiya paytaxtının bir çox küçələrində qasırğa reklam qurğuları, ağacları aşırıb, şəxsi avtomobillərə zərər vurub. Eləcə də iki təyyarə təbii fəlakətdən zədələnib.