Qızıl bazarında hansı məhsullara tələbat daha çoxdur? - Video

30 May 2017 22:08 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, fabrik istehsalı olan zinət əşyalarının əksəriyyəti qaşsız idxal olunur. Yəni brilyant yerli zərgərlər tərəfindən düzülür.

Satıcıların sözlərinə qörə, brilyantla gələn qızılların qiyməti daha baha olur. Bu da adətən fabrikin brilyantın saflığına zəmanət verməsi ilə əlaqədar olur. Məhsulun fabrik malı olub-olmadığından şübhələnən alıcı isə məhsulun sertifikatını tələb edə bilər. Çünki brilyant qaşla birgə idxal olunan zinət əşyasının xüsusi sənədi olur. Bundan əlavə, qiymət fərqini vergi rüsumu da təyin edir.

Hazırda Rusiya qızılı 55 manat, Türkiyə qızılı 65, 750 əyarlı İtaliya qızılı 80 manatdan, ərəb qızılı isə 85 manatdan ticarət edilir.