AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun model sevgilisi Corcina Rodrigez hamilədir. Bunu Portuqaliya mətbuatında yayılan fotolar sübut edir.
Cütlüyün bu fotoları Korsikada qısa tətil zamanı paparazzilər tərəfindən çəkilib.
İnsayderlər Corcinanın 4 aylıq hamilə olduğunu yazıblar.
Qeyd edək ki, daha əvvəl Ronaldonun şəxsi İnstagram hesabında Corcinayla paylaşdığı şəkil söz-söhbətə səbəb olmuşdu. Lakin, Ronaldonun anası oğlunun ata olacağı xəbərini təkzib etmişdi.