Terrorda yaralılara kömək edən bomj anasını tapdı - Film kimi həyat hekayəsi (Foto)

31 May 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, The Sun nəşri faciə zamanı yaralılara kömək edən bu qəhrəmanın görüntülərini paylaşıb. Bu görüntüləri oğlundan 5 ilə yaxın əlaqəsini kəsən ana televiziya vasitəsilə görüb.

Jurnalistlər "Mançester-arena"da partlayış baş verərkən həyatını riskə ataraq, yaxın dostu Stiv Consla birlikdə yaralıları xilas edən bu şəxsi qəhrəman adlandırıb.

Norfolk qraflığında Noric şəhərində yaşayan Cessika Parker 5 il əvvəl oğlu ilə əlaqəsini itirir və onu nə qədər axtarsa da, tapa bilmir. Hətta oğlunun evsiz olduğunu, küçədə yaşadığını televiziya vasitəsilə öyrənir. Yalnız, bu hadisədən sonra oğluna qovuşur.

Mançester şəhərinin sakinləri bu qəhrəman üçün 50 min funt sterlinq yardım toplayıblar. Bu pulla o, özünə ev ala və iş tapa biləcək.

Xatırladaq ki, mayın 22-dən 23-nə keçən gecə "Mançester-arena" stadionunda məşhur müğənni Ariana Qrandenin konserti zamanı partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, 100 nəfər yaralanıb.