Rusiya hərbi qüvvələri İŞİD mövqelərini bombaladı

31 May 2017 10:15 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar zamanı “Krasnodar” sualtı qayığından da istifadə olunub.

Müdafiə nazirliyindən verilən məlumata görə, bütün raketlər nəzərdə tutulan hədəfə dəyib. Əməliyyatların əsas hədəfi Raqqa şəhərindən yola çıxan ağır hərbi texnika və canlı qüvvə olub.

Rusiyanın hərbi rəhbərliyi əməliyyatlar barəsində əvvəlcədən Amerika Birləşmiş Ştatları, Türkiyə və İsrail komandanlığına da məlumat verib.

Bəxtiyar Abbasov

AzNews.az