78 yaşlı kişi intihar etdi

31 May 2017 10:22 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəmsabad kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Əfəndiyev Rişad Sədrəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az