“Azərbaycanın inkişafını dəstəkləyirəm” - Tramp

31 May 2017 10:39 (UTC+04:00)

APA-nın məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.

D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm".

ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir".

AzNews.az