Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Dövlət Musiqili Teatrında

31 May 2017 15:16 (UTC+04:00)

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, 67 ildir ki, bütün dünyada qeyd olunan uşaqlar günü ilə bağlı teatrda konsert proqramı təşkil olunacaq. UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə lisey şagirdlərinin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.

AzNews.az