“Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində maraqlı deyil” – Misirli tədqiqatçı

31 May 2017 15:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Qərb Universitetində keçirilən tədbirdə Misirli tədqiqatçı, Siyasət və İnformasiya Tədqiqatları Dialoq Mərkəzinin Asiya Araşdırmalar sektorunun rəhbəri Əhməd Abdo Tərabik bildirib.

Ə.Tərabik deyib ki, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həlli üçün səmimi şəkildə dəstək göstərmirlər, əksinə hazırkı vəziyyətin saxlanmasını təmin etməyə çalışırlar.

Beynəlxalq hüququn Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, ancaq Ermənistannın BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməməsinə qarşı faktiki heç bir tədbir görülmədiyini xatırladan tədqiqatçı islam həmrəyliyinin İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.