Bakıda nənə və nəvəni maşın vurdu - Biri öldü

1 İyun 2017 10:34 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən 1946-cı il təvəllüdlü Nargül Mail qızı Əmirovanı və onun nəvəsi, 2003-cü il təvəllüdlü Qorxmaz Baloğlan oğlu Əmirovu vurub.

Nəticədə N.Əmirova ölüb, Q. Əmirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az