Əməkdar artistin maşınının şüşələrini sındırdılar - Bakıda

1 İyun 2017 11:08 (UTC+04:00)

Lent.az xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb.

Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, Səlim Abbasov tanınmış skripka ifaçısı və Azərbaycanın əməkdar artistidir.

AzNews.az