İki bank birləşdi

1 İyun 2017 11:42 (UTC+04:00)

Trend-in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “Atabank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki, iki bank - “Atabank” və “Caspian Development Bank"ın birləşməsi prosesi başa çatıb.

AtaBank ASC-nin aktivləri 607.3 mln. manat təşkil edərək ölkə banklan arasında 31İ bank arasında 8-ci yerdə olub. AtaBank ASC-nin kredit portfeli 546.1 mln manat təşkil edərək ölkə bankları arasında 4-cü yerdədir. Bankın müddətli əmanət portfeli 375.2 mln. təşkil edərək banklar arasında 6-cı yerdə sıralanıb. AtaBank ASC fıziki şəxslərin əmanətləri 222.7 mln. manat təşkil edərək 6-cı yerdə
sıralanıb. Bankın cəmi kapitalı 142.7 mln. təşkil edərək banklar arasında 4-cü yerdə olub. Bankın mənfəəti 2.5 mln. manat təşkil etmişdir və banklar arasında 7-ci yerdə olub. Bank filial şəbəkəsinə görə 31 filial və şöbə ilə banklar arasında 5-ci yerdə sıralanır.

AtaBank ASC ATM-şəbəkəsinə görə 86 ATM-lə 3-cü yerdə sıralanmaqdadır. POS-terminal sayına görə 17 870 ədədlə 1-ci yerdə sıralanır.

AzNews.az