Bakının mərkəzində zəncirvari qəza - Ölən və yaralananlar var

1 İyun 2017 11:49 (UTC+04:00)

Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub. "Toyota", "Wolksfagen" və "Hyundai" markalı üç avtomobilin bir-birinə çırpılması nəticəsində "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.

AzNews.az