Filippin hərbi hava qüvvələri səhvən öz hərbçilərini bombaladı- 10 nəfər öldü

1 İyun 2017 12:36 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 10 hərbçi ölüb, 7 nəfər yaralanıb. Hadisəni ölkənin müdafiə naziri Delfin Lorenzan etiraf edib:

“Bizim bir qrup hərçimiz aviazərbələrə məruz qalıb. Yalnış koordinasiya ucbatından biz öz adamlarımızı bombalamışıq.”

Filippinin Minadanao adasında üsyançılarla hökümət qüvvələri arasında qarşıdurma ötən aydan etibarən başlayıb. Prezident Rodriqo Duterte ərazidə hərbi vəziyyət elan edib.